“ASAN xidmət” mərkəzlərində 2 gün qeyri-iş günü olacaq
9.9.2016

Qurban bayramı ilə əlaqədar “ASAN xidmət” mərkəzləri sentyabr 12-13-də fəaliyyət göstərməyəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildiriblər ki, sentyabrın14-dən vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

azertag.az