Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon Mərkəzi Kitabxanasında 15 sentyabr - Bilik günü ilə əlaqədar “Bilik öyrənməyi ar bilən hər kəs, dünyada mərifət qazana bilməz” başlığı altında tədbir keçirilib.
Rayonda yerləşən bir sıra məktəb və liseylərin şagirdlərinin iştirak etdiyi tədbirdə ölkəmizdə təhsilin inkişafından, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni-yeni təhsil müəssisələrinin inşasından, uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışılıb.
Tədbirdə məktəblilərin ifasında N.Gəncəvinin, B.Vahabzadənin, T.Bayramın şeirləri səsləndirilib, səhnəciklər təqdim olunub.
Həmçinin, kitabxanada sərgi də təşkil edilib.
Sonda şagirdlər fəxri fərmanla mükafatlandırılıb.
azertag.az