Marneulidə Qurban bayramı qeyd olunub
14.9.2016

Müqəddəs Qurban bayramı Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda da geniş qeyd olunub. Şəhərin küçələri Qurban bayramının məziyyətlərini əks etdirən banerlələr bəzədilib.

Marneuli Rayon İcra Hakimiyyətinin və Marneuli Bələdiyyəsinin rəhbər şəxsləri rayonun müxtəlif kənd ərazi vahidliklərinə baş çəkib, Qurban bayramı münasibətilə insanları təbrik edib, imkansızlara, ehtiyacı olanlara və kimsəsiz ailələrə bayram sovqatı paylayıblar.

İcra başçısı Merab Topçişvili və bələdiyyə sədri Nəbi Abdullayev Marneuli şəhərində və kəndlərdə əhali ilə görüşüb, onların problemləri ilə maraqlanıblar.

azertag.az