Azərbaycan ilə TÜRKSOY arasında əməkdaşlıq əlaqələri müzakirə edilib
15.9.2016

Sentyabrın 14-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov ilə görüşüb.

Nazirlikdən bildirilib ki, görüşdə Şəkidə keçiriləcək “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalının türkdilli ölkələr üçün əhəmiyyətindən söhbət açılıb, habelə ölkəmizlə təşkilat arasında əməkdaşlıq əlaqələri müzakirə edilib.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov səmimi qəbula görə nazirə təşəkkürünü bildirib. O, 2016-cı ildə Şəki şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyətini xüsusi vurğulayıb və bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib.

azertag.az