Sentyabrın 20-də Azərbaycan İstiqlal Muzeyində insan haqları, humanizm və maarifçilik mövzusunda tədbir keçiriləcək.
Muzeydən bildirilib ki, tədbirdə Azərbaycan İstiqlal Muzeyinin elmi-kütləvi işlər şöbəsinin müdiri Sədi Mirseyibli, “Polisə dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev mövzu ilə bağlı çıxış edəcəklər və “İnsan haqları nədir?” adlı sənədli film nümayiş olunacaq.
İnsan haqları, demək olar ki, dünyanın bütün ölkələri tərəfindən qəbul edilir. Konstitusiyalarda insan haqları inkarolunmaz bir hüquq kimi təsbit olunur. Beynəlxalq aləmdə insan haqları BMT-nin deklarasiyası ilə qanuniləşdirilib.
Tədbirdə Bakı şəhərində yerləşən orta məktəb şagirdləri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri, Milli Qvardiyanın əsgərləri, Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti iştirak edəcək.
azertag.az