Sentyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Bilik gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə daim böyük önəm verdiyini vurğulayıb.
Rektor universitetin fəaliyyətindən, təhsildə qazanılan uğurlardan danışıb. Qeyd olunub ki, bu il ADNSU- ya 2 min 200-dən çox tələbə qəbul olunub.
Digər çıxış edənlər də tələbələrə yeni tədris ilində uğurlar arzulayıblar.
azertag.az