“Nar” operatorunun ənənəvi olaraq dəstək verdiyi “Breyn-rinq” intellektual bilik yarışlarının növbəti – səkkizinci mövsümünə start verilib.
Şirkətdən bildirilib ki, builki yarışların birinci mərhələsi 16 hissədən ibarət olacaq. Bu dəfə “Breyn-rinq” bilik yarışlarında respublikanın 16 bölgəsi və 8 ali məktəbini təmsil edən 34 komanda iştirak edir. Dekabrın sonunadək davam edəcək yarışlar hər həftənin bazar günü saat 21:30-da AzTV vasitəsilə yayımlanacaq.
Yarışlarda qalib gələn komandaya “Nar” kuboku təqdim olunacaq. “Nar” kubokunun qalibi “Breyn-rinq 2016” Azərbaycan çempionu titulu uğrunda yarışmaq hüququ əldə edəcək.
azertag.az