Bu il Bakı Metropolitenindən 100 milyona yaxın sərnişin istifadə edib
30.7.2012

Bu ilin iyun ayı ərzində Bakı Metropolitenindən 15,5 mln. sərnişin yararlanıb ki, bu da əvvəlki aya nisbətən 16,7% azdır.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında metrodan 99,9 mln. sərnişin istifadə edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 9% çoxdur.

Xatırladaq ki, 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 23 stansiyası və 1 deposu var.

APA