Futbol üzrə Avropa kuboklarında ən erkən qol rekordu yenilənib.
Bu, Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da "Qarabağ"la Çexiya "Slovan"ı arasında keçirilən ilk tur matçında qeydə alınıb.
9-cu saniyədə hesabı açan Yan Sikora qitəmiqyaslı turnirlərin tarixinə düşüb. O, təkcə Avroliqada deyil, avrokuboklarda ən sürətli qol müəllifinə çevirilib.
Bunadək Avropa Liqasında ən sürətli qol 2015-ci il martın 12-də İspaniyanın "Sevilya" və "Vilyarreal" klubları arasında keçirilmiş 1/8 final mərhələsinin ilk görüşündə vurulub. Həmin qolun müəllifi ispaniyalı yarımmüdafiəçi Peres Viktor (Vitolo) olub.
Avropa kuboklarında isə rekordun müəllifi Almaniya "Bavariya"sının sabiq hücumçusu Roy Makaya məxsus olub. O, 2007-ci il martın 7-də İspaniya "Real Madrid"i ilə Çempionlar Liqasının 1/8 final matçının 10-cu saniyəsində fərqlənib.
report.az
video