Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə adıçəkilən ölkənin Məsləhətçilər Palatasının (parlamentin yuxarı palatası) yeni seçilmiş üzvü Asahi Kentaro ilə görüşüb.
Bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyindən məlumat verilib.
Məlumata əsasən, tərəflər parlamentlərarası əlaqələrin inkişafını, eləcə də müxtəlif sahələrdə, o cümlədən idman sferasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.
report.az