Türkiyənin Bursa şəhərində Beynəlxalq Ərtuğrul Qazini Anma və İnegöl şənlikləri keçirilib. Ərtuğrul Qazi Dərnəkləri Federasiyasının üzvü İnegöl Ərtuğrul Qazi Mədəniyyət və Yaşatma Dərnəyi tərəfindən keçirilən 18-ci festival üç gün davam edib.
Tədbirdə ölkəmizi Sumqayıt şəhər “Dostluq” mədəniyyət evinin “Xəzri” xalq mahnı və rəqs kollektivi təmsil edib.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, kollektivin İnegöl Mədəniyyət Parkında və Amfiteatrda geniş konsert proqramı ilə çıxışı böyük marağa səbəb olub, “Azərbaycan süitası”, “Sarı gəlin”, “Çobanlar” və digər milli rəqslərimiz türkiyəli tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Festivalın sonunda kollektiv Bursa şəhər bələdiyyə başçısı tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunub.
azertag.az