Apple Twitter-lə ortaq olur
30.7.2012

550 milyardlıq dəyəri olan Apple korporasiyası dünyanın ən populyar mikrobloqinq servisi Twitter-ə ortaq olmağa hazırlaşır.
GoMap.Az New York Times-a istinadən bildirir ki, danışıqların təfərrüatları barədə heç bir məlumat verilmir. Dəyəri 8,4 milyard dollara çatmış Twitter servisi Apple-a ortaq olandan sonra qiymətini 10 milyard dollara çatdıra bilər.

Xatırladaq ki, Twitter 2006-cı ildə yaradılıb.

Milli.Az