Azərbaycan idmançısı Paralimpiya Oyunlarında yığmaya daha bir medal qazandırıb
19.9.2016

Azərbaycan idmançısı İradə Əliyeva “Rio-2016” XV Yay Paralimpiya Oyunlarında gümüş medal qazanıb.

İdmançımız nizə atma idman növündə 42.58 metr nəticə göstərərək ikinci yerə çıxıb. Bu, Azərbaycanın paralimpiya yığmasının sayca 11-ci medalıdır. Komanda 1 qızıl, 8 gümüş və 2 bürünc qazanıb. Yığmamız komanda hesabında 47-ci yerdə qərarlaşıb.

azertag.az