Polşa Azərbaycanın aqrar sənayesinə sərmayə qoymaq istəyir
19.9.2016

Polşa sahibkarlarından ibarət qrup sentyabrın sonunda aqrar sahədə konkret layihələrin müzakirəsi və investisiya imkanları ilə tanış olmaq üçün Azərbaycana gələcək. Bunu diplomatik mənbə bildirib.

Onun sözlərinə görə, Polşa sahibkarları aqrar sahədə Azərbaycanla əməkdaşlıq etməyə maraq göstərirlər: "Xüsusilə ərzaq məhsullarının istehsalı, birgə müəssisələrin yaradılması, Azərbaycanda kənd təsərrüfatı sahəsinin modernləşdirilməsi perspektivli sahələr hesab edilir".

Polşa hökuməti nəqliyyat, energetika və digər sahələrdə əməkdaşlığın inkişafı imkanlarını da nəzərdən keçirir.

trend