Murad Sadıxın ilk solo konserti keçiriləcək (Video)
26.9.2011

3 oktyabr Heydər Əliyev adına Sarayda Murad Sadıxın “Yaşayıram – oxumaq üçün, oxuyuram – yaşamaq üçün” adlı ilk solo konserti keçiriləcək. Konsertin aparıcısı əməkdar artist Tünzalə Ağayeva olacaq. Müğənnini səhnədə “Spayder” şou-balet qrupu və instrumental ansambl müşayiət edəcək. Konsertdə həmçinin bir sıra populyar müğənnilərin iştirakı gözlənilir.
Qafqazın Stivi Uanderi adlandırılan Murad Sadıx bir sıra nüfuzlu yerli və beynəlxalq müsabiqələrin, festivalların iştirakçısı və qalibidir.

Murad Sadığın iştirakı ilə Rusiyada yayımlanan "Pust qovoryat" verilişindən fraqmentlər