«Nar Mobile» yeni mobil xidmət növünü təqdim edib
30.7.2012

Azərbaycanın mobil rabitə operatoru, Azərbaycan Olimpiya yığmasının rəsmi kommunikasiya tərəfdaşı olan «Nar Mobile» şirkəti, London-2012 Olimpiya oyunları ilə əlaqədar abunəçilərə yeni xidmət növünü təklif edib.
Şirkətdən verilən məlumata görə, yeni SMS xidmətinə abunə olan «Nar Mobile» abunəçiləri Olimpiya oyunları müddətində yarışlar haqqında yenilikləri, nəticələri və digər məlumatları əldə edə biləcək.
Xidmətə qoşulmaq üçün abunəçi «START AZE» yazaraq, 2012 qısa nömrəsinə mesaj göndərməklə Azərbaycanın Olimpiya yığmasının nəticələri ilə tanış olmaq imkanı əldə edəcək. Abunəçilər digər xidmət seçimləri ilə tanış olmaq üçün isə «HELP» sözünü 2012 qısa nömrəsinə göndərməlidir. Abunəçi xidmətdən çıxmaq istədiyi təqdirdə isə eyni nömrəyə «STOP AZE» göndərməlidir. Xidmət haqqı cəmi 1 manat təşkil edir.

APA