İçərişəhərin qala divarları Parisin mərkəzində
19.9.2016

Fransanın www.i-tourisme.fr saytında “Azərbaycan şəhərciyi: İçərişəhər qala divarları Parisin mərkəzində” başlıqlı məqalə yerləşdirilib. Məqalədə ölkəmizin turistik imkanları və potensialından danışılır.

Yazıda 1991-ci ildə müstəqilliyin bərpa etdikdən sonra Azərbaycanda paytaxt Bakı şəhərinin və rayonların turizm infrastrukturunun yaranmasına sərmayə yatırıldığı və ölkənin yeni turizm məkanına çevrildiyi bildirilir.

Məqalədə Azərbaycanın uğurla ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərdən, UNESCO-nun Dünya Maddi İrs və Qeyri-Maddi Mədəni İrs siyahılarına daxil edilmiş abidələrimizdən söhbət açılır. Məqalədə Azərbaycan brendinə çevrilmiş “ASAN xidmət” mərkəzlərinə və ölkəmizə gələn xarici vətəndaşlar üçün viza rejiminin sadələşdirilməsinə dair məlumatlar yer alır. Yazıda, eyni zamanda, Parisdə artıq ənənə şəklini almış “Azərbaycan şəhərciyi” haqqında geniş məlumat verilir.

azertag.az