Böyrək daşlarını əridən MÖCÜZƏLİ OT
19.9.2016

Pol-pala otu çox güclü sidikqovucu, antiseptik və iltihabəleyhinə təsirə malikdir. Otun bu xüsusiyyətləri xalq təbabətində və ənənəvi tibdə çox geniş istifadə olunur.
Pol-palanın əsas faydalı xüsusiyyəti ondan ibarətdir ki, bu ot böyrəklərdə olan urat daşlarını parçalayır və böyrəklərdən çıxardır. Bu səbəbdən bu otu hətta "skalpelsiz cərrah" adlandırırlar.
Həmçinin pol-pala hipertoniya (yüksək təzyiq), sistit (sidik kisəsinin iltihabı) zamanı əlavə müalicəvi vasitə kimi istifadə olunur, yaxşı ödqovucudur, immun sisteminə çox müsbət təsir edir, nəfəs yollarını selikdən və mikroblardan təmizləyir. Son zamanlar alimlər pol-palanın xərçəngəleyhinə xüsusiyyətlərini öyrənirlər.
Pol-pala orqanizmi şlaklardan, toksinlərdən, radionukleidlərdən, ağır metalların duzlarından təmizləyir.
Müalicəvi məqsədlərlə otun kökləri, otları və toxumları istifadə olunur. Pol-pala otu apteklərdə xırdalanmış şəkildə satılır.
Pol-pala diş emalına mənfi təsir edir və bu səbəbdən bu otdan hazırlanan dəmləmələri və müalicəvi çayları borucuqdan ("truboçka"dan) içmək lazımdır. Bu halda diş emalına olan mənfi təsir azalır. Dəmləməni içdikdən sonra ağzınızı su ilə yaxşı yaxalayın.
Pol-pala otundan dəmləmə resepti:
- 1 x.q. ot termosda 1 stəkan qaynar suda dəmləyin. 3 saatdan sonra yaxşı süzün və gün ərzində stəkanın 1/3 hissəsi olmaqla yeməkdən əvvəl 3 dəfə için. Böyrək daşı xəstəliyi zamanı dəmləməni 10 gün ərzində için, sonra 1-2 ay fasilə verin və müalicəni təkrarlayın.
Nəzərə almaq lazımdır ki, pol-pala yalnız urat daşlarına təsir edir, fosfat və oksalat daşlarına isə təsir etmir. Bu səbəbdən istifadə etdikdən əvvəl uroloqun müayinəsindən keçmək və lazım olan analizlər vermək lazımdır.

saglamolun.az