Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz beynəlxalq əlaqələrini genişləndirir
20.9.2016

“Twinning” layihəsinin yerli əlaqələndiricisi, maddi-mədəni irs üzrə italyan mütəxəssisi Alessandro Bianchi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları ilə görüşüb.

Mərkəzdən bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Ramil Abbəkirovun, Mərkəzin direktoru Asif Usubəliyevin, sektor müdirləri İrina Özçoban və Günay Süleymanovanın iştirakı ilə keçirilən görüşdə əməkdaşlıq imkanları müzakirə edilib. Tərəflər müvafiq sahələr üzrə birgə çalışmaq barədə razılığa gəliblər.

azertag.az