Dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi Serbiyada anılıb
20.9.2016

Azərbaycanın dünya şöhrətli bəstəkarı, milli himnimizin müəllifi Üzeyir Hacıbəylinin anadan olmasının növbəti ildönümü ərəfəsində Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları, Belqrad şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və bu ölkədə yaşayan həmvətənlərimiz Azərbaycan Hökumətinin dəstəyi ilə Serbiyanın ikinci böyük şəhəri, mədəniyyət və incəsənət paytaxtı olan Novi Sad şəhərində, Dunay çayının sahilində inşa edilmiş Üzeyir Hacıbəyli Memorialını ziyarət edib, dahi bəstəkarın xatirəsini ehtiramla yad edib, burada ucaldılan abidənin önünə çiçəklər qoyublar.

azertag.az