Timsah küçədə gəzintiyə çıxdı - Video
30.7.2012

Florida ştatının Mayami şəhərinin küçəsində 3 metr uzunluğunda olan timsah şəxsi evin həyətində gəzib

Mülk sahibi bildirib ki, əhalinin küçəyə toplaşdığını görüb o da təəccüblənib: “Mən heç vaxt timsah görməmişdim” deyə evin sahibi Havier Tobarez vurğulayıb.

Hadisə yerinə xilasedicilər gəliblər. Yırtıcı heç kəsə zərər yetirmiyib.

Hüquq-mühazifə orqanları əməkdaşlarının ehtimalına görə, timsah yaxınlıqdakı kanal vasitəsilə üzərək hasardakı deşikdən keçib.

100 kiloqramlıq bu heyvan yenidən əvvəlki məskəninə buraxılıb.

VIDEO

big.az