SOCAR-da akademik Vaqif Abbasov ilə görüş keçirilib
20.9.2016

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnsan Resursları Departamentinin rəhbər işçiləri və Xarici Təqaüd Proqramı çərçivəsində xaricdə təhsil almış gənc mütəxəssislər ilə akademik, Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov arasında görüş-seminar keçirilib.

SOCAR-a istinadən xəbər verilir ki, seminarda akademik V.Abbasov “İnsan resurslarının idarə edilməsində liderlik faktorunun rolu” mövzusunda geniş təqdimatla çıxış edib, liderliyin tarixi, fəlsəfəsi barədə məlumat verib. Ümumilli lider Heydər Əliyevin fenomenal şəxsiyyəti və liderlik fəlsəfəsi, digər liderlərin şəxsiyyəti barədə söhbət açılıb. Həmçinin liderliyin 21 prinsipinin insan resursları sahəsində necə tətbiq oluna biləcəyi izah olunub. Bildirilib ki, insan resurslarının idarə edilməsi sahəsində mühüm meyarların liderlik keyfiyyətlərinə əsaslanır.

Tədbirin sonunda akademik sualları cavablandırıb və SOCAR-ın İnsan Resursları Departamentinin əməkdaşlarına uğurlar arzulayıb.

report.az