Azərbaycanda ilk dəfə qeyri-adi və kreativ bir su idman yarışına imza atıldı.
Prezident yanında Gənclər Fondunun “Gənclər arasında su idman növlərinin İnkişafı” layihəsi çərçivəsində Aquaskipper üzrə ilk gənclər arası yarışma baş tutub. Bu layihənin keçirilməsində məqsəd gəncləri kreativ və qeyri-adi tərzdə su idman növləri ilə tanışlığı və bu sahəyə olan marağın artırılması olub.
Yarışmaya qeyri-ənənəvilik qatan - xüsusi və sadə fiziki hərəkətlər vasitəsilə su üzərində irəlilyən xüsusi hidrofoil avadanlığından, aquaskipperlərdən istifadə olunmasıdır. Bu avadanlıq, heç bir texnoloji və generativ mühərrikdən istifadə etmədən suyun üzərində qalmaq xüsusiyyətinə malikdir.
İlk dəfə yarışma Bakının Şıxov ətrafındakı dəniz sahillərində baş tutub. İştirakçılar Aquaskipperlər ilə təchiz olunaraq, olimpiya sistemi üzrə yarışmada iştirak edib, bol əylənməklə bərabər müasir su idman növü ilə tanış olacaq və istifadə etmək imkanı qazanıblar.
Gənclər arasında su idman növlərinin inkişafı” layihəsi Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin rəsmi media partnyorları Trend.az, Day.az və Milli.az portallarıdır.
trend