"Unibank"dan neftçilərə bayram hədiyyəsi
21.9.2016

"Unibank" neft işçilərini 20 sentyabr “Neftçilər günü” münasibəti ilə təbrik edir və bayramla əlaqədar neft sektorunda çalışanlar üçün 0% komissiyalı kredit kampaniyası keçirir.

Bankdan verilən məlumata görə, 20-27 sentyabr tarixlərində Unibank filiallarına müraciət edən neft işçiləri, 5000 AZN-dək krediti 24 ayadək müddətə komissiyasız rəsmiləşdirə biləcəklər. Üstəlik, kampaniya müddətində nağd kredit götürən neftçilərə ALBALI PLUS debet kartı hədiyyə veriləcək.

"Unibank" hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə Unibank-ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

trend