Sentyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində klassik musiqilərdən ibarət konsert proqramı təşkil olunacaq.
Konsert Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutacaq.
Gecədə İsrailin tanınmış violin ifaçısı Haqay Şham və pianino ifaçısı Yulya Qurviç çıxış edəcəklər.
Konsert çərçivəsində dünya bəstəkarlarının əsərlərindən ibarət skripka və fortepiano üçün yazılmış sonatalardan ibarət kompozisiyalar səsləndiriləcək.
azertag.az