Hindistanın şimalında qəza nəticəsində 300 milyondan artıq insan elektrik enerjisindən məhrum olub. Paytaxt Dehli və şimaldakı 7 ştatda elektroenerji ilə bağlı problemlər dünən gecə başlanıb.
İşıqforların işləməməsi nəticəsində xaos yaranıb, şəhərkənarı qatarların hərəkəti dayanıb.
Elektroenerjinin kəsildiyi regionlarda problem artıq həll olunmaqdadır.
Hindistanda pik saatlarda elektroenerji qıtlığı 12 faizə çatır.
Ölkə əhalisinin 40 faizi və ya 500 milyon nəfər sürəkli olaraq elektroenerji qıtlığı ilə qarşılaşır.
Milli.Az