34 il susan ana Facebook-la tapıldı
30.7.2012

Ailəsi onun 34 il əvvəl öldüyünü düşünürdü. Lakin Syuzan Ardron Cənubi Afrika Respublikasında məruz qaldığı ağır qəzadan sonra yaddaşını itirmiş, amneziyaya tutulmuşdu.

O, kimsəni xatırlamırdı. Lakin bu yaxınlarda yaddaşı bərpa olunmağa başlayan Syuzan ailəsini axtarmağa başlayıb və Facebook vasitəsilə ailəsini tapıb.

Ailə hələ də şokdadır...

Syuzan 34 il əvvəl CAR-a yollanmışdı. Qəzadan sonra da bacı və qardaşları onu ölmüş bilirdilər, çünki Syuzan nə zəng vurur, nə də məktub yazırdı.
61 yaşlı Syuzan indi Yohannesburq şəhərində yaşayır. O, İngiltərənin Cənubi Yorkşir qraflığının Roterhem şəhərindəki ailəsi ilə əlaqə saxlayıb.

39 yaşlı Kolin, 58 yaşlı Doun, 50 yaşlıı Jüli və 52 yaşlı Geyl üçün Facebook-da aldıqları mesaj qəfil bomba effekti yaradıb.
Syuzan Cənubi Afrikada əri Sid və 4 kiçik övladı ilə yaşayırdı.

İndi isə məlum olur ki, qəzadan sonra ötən 34 il ərzində Syuzan hər şeyi və hər kəsi unudub, hətta ərini və uşaqlarını da tanımayıb, özünün də "Keti" olduğunu deyib.

Syuzanın övladları - 43 yaşlı Coanna, 40 yaşlı Ceyson, 38 yaşlı Adel və 36 yaşlı Amanda illər əvvəl Britaniyaya qayıdıblar. Onlar da analarının öldüyünü düşünürdülər.

"Bacımızın öldüyünü düşünürdük, çünki Syuzanın övladları təxminən 34 il əvvəl vətənə gətirilmişdilər və onlar da analarından bir xəbər almamışdılar. İndi Syuzan yaddaşını tədricən bərpa edir. Bacımızın yanımıza gələcəyinə hələ də inana bilmirik", - Doun deyir.

Syuzanın valideynləri Kolin və Mevis 2009-cu ildə vəfat ediblər.

Milli.Az