Qazaxıstanda keçiriləcək “EXPO 2017” sərgisində “Azərbaycan 50 ildən sonra necə olacaq?” adlı pavilyon olacaq
21.9.2016

Qazaxıstanın paytaxtı Astanada keçirilən “EXPO 2017” sərgisində “Azərbaycan 50 ildən sonra necə olacaq?” adlı pavilyon qurulub.
Bunu Azərbaycanın energetika naziri Natiq Əliyevlə görüşən “Astana-EXPO”nun rəhbəri Ahmetjan Esimov deyib.
Onun sözlərinə görə, Azərbaycan bu sərgini dəstəkləyən ilk ölkələrdən biridir.
Natiq Əliyev isə öz növbəsində dəvətə görə Qazaxıstan tərəfinə minnətdarlıq edib: “Bu sərginin təşkilatçılığı və miqyası bizi heyran etdi. Azərbaycana gəldikdə isə bu sərgiyə dəvət almağımızdan şərəf duyuruq. Bizim prezident bu təklifə dərhal müsbət cavab verdi”.
Qeyd edək ki, sərgidə 103 ölkə, 17 beynəlxalq təşkilat iştirakını təsdiqləyib.

report.az