“İnformasiya təhlükəsizliyi” mövzusunda konfrans keçirilib
21.9.2016

Azərbaycan Müdafiə Nazirliyinin, qoşun növləri və qisimlərinin, hərbi hissələr və xüsusi təyinatlı təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “İnformasiya təhlükəsizliyi” mövzusunda konfrans keçirilib.
Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.
İştirakçılara Silahlı Qüvvələrdə informasiya təhlükəsizliyi və kiber təhlükəsizlik, müasir dövrdə informasiya texnologiyalarının üstünlükləri, mövcud problemlər, onların həlli yolları mövzularında məruzələr və brifinqlər təqdim olunub.
Konfrans iştirakçıları profilaktiki və qabaqlayıcı tədbirlər, müasir döyüşlər, eləcə də hərbi dəniz və hərbi hava qüvvələri əməliyyatlarının idarə edilməsi zamanı informasiya təhlükəsizliyi və digər mövzularda ətraflı fikir mübadiləsi aparıblar.

report.az