Oktyabrın 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya Adolf Adanın “Jizel” baletinin tamaşası keçiriləcək.
Opera və Balet Teatrının mətbuat xidmətindən verilən məlumata görə, tamaşada baş rolda Ukrayna Milli Operasının tanınmış prima-balerinası, Ukraynanın Xalq artisti Tatyana Qolyakova çıxış edəcək. Q.Qolyakova bir sıra beynəlxalq balet müsabiqələrinin laureatıdır. Bir çox xarici ölkələrdə - Almaniya, Avstriya, İtaliya, İsveçrə, Belçika, Fransa, Hollandoya, İspaniya, ABŞ, Yaponiya, Avstraliya və s. qastrol səfərlərində olmuşdur. Səfərlərdə olduğu ölkələrin KİV və teatr tənqidçiləri onun çıxışlarını hər zaman yüksək qiymətləndirirlər.
T.Qolyakovanın tərəf-müqabili kimi tamaşada Qraf Albert partiyasını dogər Ukraynalı balet ustası, beynəlxalq müsabiqələr laureatı Stanislav Olşanski ifa edəcək.
Mirta rolunda isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppasının gənc solisti, balet artistlərinin Almaniyada keçirilən müsabiqəsinin bürünc mükafatçısı (2014) Ayan Eyvazova çıxış edəcək.
Tamaşanı Xalq Artsti, professor Cavanşir Cəfərov idarə edəcək.
trend.az