“Furioso” kvarteti Bakı Musiqi Akademiyasında çıxış edəcək
22.9.2016

Sentyabrın 24-də “Furioso” kvarteti Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında konsert proqramı ilə çıxış edəcək.

Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunan konsertdə Səid Məmmədov (skripka), Süleyman Babakişizadə (skripka), Üzeyir Mahmudbəyli (viola), Kəmalə Neymanova (fortepiano), Murad İbrahimov (violonçel) çıxış edəcək.

Konsertdə K.Debüssinin, A.Dvorjakın və Q.Qarayevin fortepiano üçün əsərləri səsləndiriləcək.

azertag.az