Xalq Şairi Söhrab Tahirin 90 illik yubileyinə həsr olunan tədbir keçiriləcək
22.9.2016

Sentyabrın 29-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Nizami Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Xalq Şairi Söhrab Tahirin 90 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.

İdarədən bildirilib ki, tədbirdə şairin həyat və yaradıcılığından söz açılacaq, şeirləri səsləndiriləcək. İndiyə qədər şairin 1000-dən çox şeiri, 57 poeması, 8 romanı, 10 povesti, 70-dən çox hekayəsi, 800-dən artıq ədəbi, elmi, publisistik məqaləsi çap edilib. Söhrab Tahirin kitabları xarici ölkələrdə də nəşr olunub.

azertag.az