Sentyabrın 26-da Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Əməkdar Artist, Bakı Musiqi Akademiyasının professoru, beynəlxalq müsabiqə laureatı Nərgiz Əliyarovanın solo konserti keçiriləcək.
Nazirlikdən bildirilib ki, konsertdə Haydn, Motsart, Şopen, List, Raxmaninov, Debüssi və Azərbaycan bəstəkarlarının əsərləri səsləndiriləcək. Gecədə pianoçunun Belçikanın “Etcetera Records” şirkətində yazılmış “Nərgiz Əliyarova Azərbaycan musiqisini ifa edir” adlı kompakt diski təqdim olunacaq.
Şirkət bu diskin satışını hazırda dünyanın müxtəlif ölkələrində təşkil edir.
azertag.az