Binəqədi və Nərimanov rayonlarının su təchizatında fasilələr olacaq
31.7.2012

"Azərsu” ASC istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.

ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, abunəçilərin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədilə Bakı şəhəri Binəqədi rayonunun Əhməd Rəcəbli küçəsində uzun müddət istismarda olan polad borulardan ibarət su kəməri 700 mm diametrli polietilen borularla çəkilmiş 750 mm-lik magistral su xətti ilə dəyişdirilib.

Yeni çəkilmiş su xəttinin şəbəkəyə qoşulması işləri ilə əlaqədar 31 iyul və 1 avqust tarixlərində paytaxtın Binəqədi və Nərimanov rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər tətbiq ediləcək. “Azərsu” ASC yaranmış narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyir.

APA