"Azərbaycanda kənd təsərrüfatı üzrə ixtisaslı kadrlar və mütəxəssislər hazırlayacaq yeni peşə məktəbi açılacaq".
Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, yeni peşə məktəbi 2017-ci ilin birinci rübündə Qəbələdə fəaliyytə başlayacaq: "Yeni yaradılan peşə məktəbində bağçılıq, bitkiçilik və kənd təsərrüfatı texnikası-aqroxidmətlər kimi ixtisaslar öyrədiləcək".
M.Cabbarov qeyd edib ki, BP ilə birlikdə həyata keçirilən "Kənd təsərrüfatı peşə təhsili üçün yeni mütəxəsislərin hazırlanması" layihəsi çərçivəsində ilk pilot rayon kimi Qəbələ seçilib: "Layihə uğurlu alınarsa, sonradan bütün ölkə üzrə kənd təsərrüfatı mütəxəssislərinin hazırlanacağı yeni peşə məktəblərinin yaradılması planlaşdırılır".
report.az