“Davay, do svidaniya” meyxanasının müəllifləri İntiqam və Ehtiram Rüstəmov qardaşlarının Timati ilə deyişəcəkləri haqda məlumat vermişdik.
İntiqam Rüstəmov açıqlamasında hazırda rusiyalı rep ifaçısı Timati ilə birgə təqdim edəcəkləri layihə üzərində işlədiyini deyib.
“Bu günlərdə Moskvada “Rossiya 1” telekanalının qonağı olduq. İştirak etdiyimiz verilişdə Timati də var idi. Onun prodüseri ilə danışıqlar apardıq. Razılığa gəldik, meyxananın mətnini mən hazırlayacam. Timati isə Azərbaycan dilində rep söyləyəcək. Mən isə rus dilində meyxana. Daha sonra isə hər ikimiz rus dilində deyişəcəyik”.
Meyxanaçı birgə deyişmələrinə klip çəkdirəcəklərini də vurğulayıb.
“Klipin çəkilişləri Moskvada olacaq. Onu da deyim ki, mən Timatinin prodüserinə dedim ki, birgə deyişməmizdə söyüş-filan olmamalıdır. Ədəbsiz sözlər bizlik deyil. Onun da prodüseri razılaşdı”.
Gün.Az