Bakı Ağ Şəhər ərazisində metro stansiyası tikiləcək.
Prezident İlham Əliyev tərəfindən 2011-ci ildə təsdiqlənən Bakı Metropoliteninin Perspektiv İnkişaf Planına əsasən Metropolitenin mövcud Yaşıl xəttinin (“Şah İsmayıl Xətai” – “Dərnəgül” stansiyalarını birləşdirən) genişlənməsi gözlənilir.
Bu barədə “Bakı Ağ Şəhər” layihəsinin mətbuat xidmətindən bildirilib.
“Şah İsmayıl Xətai” stansiyasından tikilməkdə olan “Həzi Aslanov 2” stansiyasına qədər Nobel prospekti boyunca 3 yeni stansiya tikiləcək. Stansiyaların şərti adları Y-14, Y-15, Y-16-dır. Bu stansiyalardan biri “Bakı Ağ Şəhər” layihəsinin ərazisində planlaşdırılıb.
Hazırda Neft Emalı Zavodunun qarşısında Y-15 stansiyasında tunel qazma maşınları üçün start kamerası hazırlanır.
Yaşıl xəttə əlavə olunan stansiyalar bu xətti dairəvi edəcək.
azertag.az