Mədəniyyət və turizm naziri Biləsuvarda vətəndaşları qəbul edəcək
22.9.2016

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Biləsuvarda vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qəbul sentyabrın 23-də saat 11:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda Biləsuvar, Beyləqan, Neftçala, Salyan, Cəbrayıl və Xocavənd rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

report.az