Bakıda ABŞ-ın “Matuto” musiqi qrupunun konserti olub
23.9.2016

Bakı Musiqi Akademiyasında “Matuto” musiqi qrupunun konserti olub.

Konsert Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin “Amerika Musiqisinin Elçiləri” proqramı çərçivəsində təşkil edilib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimai diplomatiya üzrə müşaviri Emi Piterson bildirib ki, musiqi qrupu növbəti iki həftə ərzində Azərbaycanda altı konsert proqramı ilə çıxış edəcək. Səfirlik rəsmisinin sözlərinə görə, “Matuto” musiqi qrupunun səfəri ABŞ ilə Azərbaycan arasında mədəniyyətlərarası anlaşmanın güclənməsinə töhfə verəcək.

Qrupun İsmayıllı, Mingəçevir və Gəncəyə səfəri planlaşdırılıb. Səfər zamanı ictimai konsertlər veriləcək, yerli musiqiçilər üçün ustad dərsləri keçiriləcək.

azertag.az