Dünyanın ən uzun dırnaqlı adamı
26.9.2011

Amerikalı Kris Ualton dünyanın ən uzun dırnaqlı insanı kimi Ginnesin rekordlar kitabına düşüb. Bununla əlaqədar Kitabın rəsmiləri Nyu-Yorkda yeni rekordun sahibəsinin təqdimatını keçirib. ABŞ-ın Nevada ştatında yaşayan Ualton artıq 18 ildir dırnaqlarını uzadır.
Ualtonun sol dırnağı düz 3 metr 9 santimetr, sağ dırnağı isə 2 metr 9 santimetr təşkil edir.