“Miss Civilization-2012” mədəniyyətlər kraliçası gözəllik müsabiqəsinin kastinqi davam edir
31.7.2012

Xəbər verdiyimiz kimi, CFC Organization və ATV kanalı birgə “Miss Civilization-2012” mədəniyyətlər kraliçası gözəllik müsabiqəsinin keçirliməsinə strat verib.

İlk dəfə Azərbaycanda keçiriləcək və 24 ölkə gözəllərinin iştirak edəcəyi müsabiqə sentyabr ayında gerçəkləşəcək.

Hazırda isə Azərbaycanı müsabiqədə təmsil edəcək iştirakçının seçilməsi üçün kastinq keçirilir.

Müsabiqənin mətbuat katibi Azər Nəsibovun verdyi məlumata görə, kastinqə start verildiyi gündən artıq çoxlu sayda müraciətlər daxil olub.

Azərbaycanı müsabiqədə təmsil etmək üçün hətta ölkəmizdən kənarda - Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və başqa ölkələrdə yaşayan gənc xanımlar da iştirak ərizəsi ilə müraciət edirlər.

Bunun üçün yaşadıqları ölkədən bir baş müsabiqənin saytına daxil olub, iştirakçı anketini doldurmaqla lazımi e-mail ünvanına göndərərək, seçim turlarına qatılmaq şansı qazanırlar.

Avqust ayının 8-dək davam edəcək anket qəbulundan sonra, seçimlər başlanacaq və 20 ən layiqli iştirakçı Azərbaycan seçiminin finalına vəsiqə qazanacaq. Azərbaycan finalı avqustun 25-də keçiriləcək.


Gün.Az