Şən və Hazırcavablar Klubu Liqası yarımfinalının qalibləri müəyyən olunub
23.9.2016

Sentyabrın 22-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Şən və Hazırcavablar Klubunun (ŞHK) Azərbaycan regional liqasının yarımfinalı keçirilib.

Yumoristik yarışmada doqquz, o cümlədən Gürcüstan və Şimali Osetiyadan olan komandalar iştirak ediblər.

Turnirin nəticələrinə əsasən Kiçik Kuboku “Azneft” komandası, Orta Kuboku Gürcüstanın “Gənclər” komandası və “Baku FM” komandası qazanıb. Böyük Kubokun qalibi "SOQUL" (Şimali Osetiya) komandası olub.

Qalib komandalara kubokları Azərbaycan Şən və Hazırcavablar Klubunun rəhbəri Rəşad Əzizov və “Kim? Harada? Nə vaxt?” teleoyununun Azərbaycandakı baş prodüseri Balaş Qasımov təqdim ediblər.

azertag.az