Səhiyyə naziri Şəkidə vətəndaşları qəbul edəcək
23.9.2016

Səhiyyə naziri Oqtay Şirəliyev sentyabrın 23-də saat 12:00-da Şəki Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qəbulda nazir tərəfindən Şəki, Oğuz, Qax, Balakən və Zaqatala rayonları sakinlərinin səhiyyə sahəsinə dair şikayət və müraciətləri dinləniləcək, lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Şəki Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

azertag.az