Elnur Məmmədli Olimpiadada mübarizəyə qoşulur
31.7.2012

Bu gün London Olimpiadasında əsas medal ümidlərimizdən olan cüdoçu Elnur Məmmədli mübarizəyə başlayır. 81 kq çəki dərəcəsində çıxış edən Pekin Olimpiadasının qalibi mübarizəyə 1/32 final mərhələsindən başlayacaq.
Təmsilçimiz kanadalı Antuan Valua-Forte ilə münasibətlərinə aydınlıq gətirərəcək. Bu gün həmçinin 63 kq çəki dərəcəsində mübarizə aparan qadın cüdoçumuz Ramilə Usubova da mübarizəyə qoşulur. İdmançımız ilk olaraq Özbəkistan cüdoçusu Gülnar Xaıtbayeva ilə qarşılaşacaq.