Dünyanın ən gənc zənginləri
31.7.2012

Məşhur «Forbes» jurnalı ötən bir ay ərzində dünyanın ən çox qazanan 30 adamının siyahısını tərtib edib. Maraqlıdır ki, orada yer alanların hər onundan altısı qadındır.

"Forbes" jurnalı ənənəsinə sadiq qalaraq yenə də zənginlərin siyahısını müəyyənləşdirib. Bu dəfəki açıqlama isə ən gənc zənginlərin adları ilə bağlıdır. Belə ki, siyahıda birinci olaraq müğənni Teylor Svift qərarlaşıb. 22 yaşlı ifaçı Şimali Amerika və Avstraliyaya səfərləri sayəsində il ərzində 57 milyon dollar qazanıb. "Speak Now" turu çərçivəsində o, 100-dən artıq konsert verib. bundan başqa, Sviftin bu gəlirləri uğurlu albom satışı və reklamlara çəkilməsi səbəb olub.

18 yaşıl Castin Biber ikinci olub. O, 55 milyon dollar gəlirini albomlarının yüksək satışı, özəl çıxışları və reklam çəkimləri ilə toplayıb. Bundan başqa, kanadalı müğənni “start-up”lara da sərmayə yatırımı ilə məşğuldur. C. Biber Stamped, Tinychat və Spotify layihələrində iştirak edir.

Sentyabrda Azərbaycanda konsert verməyi planlaşdıran Rihanna isə 53 milyon dollar qazanıb. Daha sonra Ladi Qaqa gəlir, onun zənginliyi isə 52 milyon dollarla hesablanıb. Beşliyi 45 milyon dollarla Keti Perri bağlayır.

Siyahıya həmçinin Adel (35 mln dollar), Kristian Stüart (34,5 mln dollar), Lil Ueyn (27 mln dollar), Teylor Lotner (26,5 mln dollar), Robert Pattison (26,5 mln dollar) düşüb.

foxnews.az