Olimpiya çempionu medalını sındırdı
31.7.2012

Braziliyalı cüdoçu Felipe Kitadai yeni medal tələb edir. London Olimpiadasının qalibi cüdoçu Felipe öz medalını salıb sındırıb.

Məlumata görə, 60 kq çəki dərəcəsində yarışan və 3-cü yerə çıxan Kitadai medalının boynundan heç çıxarmayıb. Ancaq duşa girərkən onun islanmaması üçün medalı çıxarmaq istəyib. Bu zaman Olimpiya mükafatı onun əlindən sürüşərək yerə düşüb. Nəticədə medalın lent taxılan halqası sınıb. Bundan əlavə onun üzərində çat yaranıb.

İdmançının sözlərinə görə, artıq onu boyuna taxmaq mümkün deyil. Kitadai Beynəlxalq Olimpiya Komitəsinə müraciətlə yeni medal istədiyini deyib.

foxnews.az