İrəvan Dövlət Azərbaycan Dram Teatrı yeni teatr mövsümünə başlayıb
27.9.2016

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı yeni mövsümə start verib.

Teatrdan bildirilib ki, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində, yazıçı Hidayətin “İrəvanda xal qalmadı” əsəri əsasında hazırlanmış eyniadlı səhnə əsəri teatrın yaradıcı heyəti tərəfindən təqdim olunub. Səhnə əsərində əsas rolları Əməkdar artistlər - Vaqif Kərimov, Esmiralda Şahbazova, aktyorlar - Əjdər Zeynalov, Könül Əbilova, Ceyhun Əliyev, Ruhiyyə Paşayeva və digərləri ifa ediblər.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Nicat Mirzəzadə, rejissor assistenti Rövşən Cəfərovdur.

Qeyd edək ki, tamaşa, ötən əsrin 80-ci illərində Azərbaycanın tarixi şəhəri olan İrəvanda yaşayan həmvətənlərimizin milli zəmində qarşılaşdıqları repressiya və çətinliklərdən bəhs edir.

azertag.az