Zeytun yağı insult riskini azaldır
27.9.2016

Fransalı mütəxəssislər zeytun yağı ilə bağlı araşdırma aparıblar.

Araşdırmaların nəticəsində məlum olub ki, zeytun yağı yaşlı inanarlada insult riskini azaldır. Bu tədqiqatda 7 mindən çox insan iştirak edib. Həmin insanlar 60-65 yaş arası olublar. Alimlər qeyd ediblər ki, zeytun yağı insult profilaktikası üçün əla vasitədir.

Eyni zamanda yemək və salatların hazırlanmasında zeytun yağından istifadə edən insanlar nadir hallarda insult ilə bağlı həkimlərə müraciət ediblər.

saglamolun.az