Azərbaycan prezidenti İlham Əliyev iyulun 31-də ölkənin cənub bölgəsinə səfəri çərçivəsində Lənkəran şəhərindəki Heydər Əliyev prospektində inşa olunacaq otel kompleksinin təməlinin qoyulması mərasimində iştirak edib.
Dövlət başçısı otel kompleksinin baş planını əks etdirən stendlərə baxdı. Məlumat verildi ki, 4,7 hektar ərazidə tikiləcək otelin 114 nömrəlik yeddimərtəbəli binasından əlavə, beşi VİP olmaqla 22 kottec inşa ediləcək. Burada, həmçinin disko-klub, uşaq əyləncə kompleksi, 40 yerlik avtodayanacaq, 80 yerlik kafe, 300 yerlik konfrans zalı, 1400 kvadratmetrlik hovuz, park, idman meydançaları və s. yaradılacaq.
Kompleksin təməlini qoyan dövlət başçısı metal gilizi bünövrəyə buraxdı, beton qarışığı tökən qurğunun düyməsini basdı.
ANS press