"Kapital Bank" ASC İsveçrənin Cenevrə şəhərində keçirilən ənənəvi SIBOS – 2016 Beynəlxalq Sərgisində iştirak edir.
Bu barədə Bankdan bildirilib.
Məlumata görə, sərgidə dünyanın 200-dən artıq ölkəsinin iri bankları və maliyyə institutları təmsil olunurlar. Tədbirə "Kapital Bank"ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin başçılıq etdiyi nümayəndə heyəti də qatılıb.
Mütəxəssislər son illərdə maliyyə sektorunda baş verən dəyişiklikləri, maliyyə xidmətləri sahəsində texnoloji meylləri, qlobal miqyasda ödəniş proseslərinin inkişafında innovasiyaların rolunu, biznes proseslərində risklərin minimum səviyyəyə endirilməsi istiqamətində yeni imkanları və digər məsələləri müzakirə edəcəklər.
“Bir neçə gün davam edəcək tədbirdə Amerika, Avropa və Asiyanın iri banklarının nümayəndələri ilə görüşlərimiz oldu. Həmkarlarımızla hazırki dünya maliyyə bazarının vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi apardıq. Əminəm ki, belə tədbirlərdə iştirak "Kapital Bank"ı dünya miqyasında tanıdacaq və strateji planlarımıza uyğun olaraq yeni əməkdaşlıq layihələrinin həyata keçirilməsinə öz töhfəsini verəcək”, – deyə R. Allahverdiyev bildirib.
Xatırladaq ki, "Kapital Bank" bir sıra yerli və beynəlxalq təşkilatlarla müxtəlif sahələrdə əməkdaşlıq edir. Gələcəkdə belə təşkilatların sayı artırılacaq.
report.az